7 mart 2013 16:32
Neftçinin 8 futbolçusu milli komandanın düşərgəsinə çağırıldı
“Neftçi”nin 8 futbolçusu 21 yaşlı futbolçulardan ibarət milli yığma komandanın düşərgəsinə çağırılıb. Azerisport.az xəbər verir ki, Mirhüseyn Seyidov, Araz Abdullayev, Elvin Yunuszadə, Emin Mehtiyev, Tərlan Quliyev, Kərim Diniyev, Emil Balayev və Rəşad Əzizov milli komandanın heyətində 13 günlük təlim məşq toplanışına dəvət edilib.
Mart ayının 15-də başlanacaq hazırlıq çəçivəsində bu futbolçular yığma komandanın heyətində 3 beynəlxalq oyunda meydana çıxacaq.
