7 mart 2013 17:15
Rəvan kapitanından imtina etdi
“Rəvan” bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu, paytaxt klubunun təcrübəli müdafiəçisi Miloş Zeçeviçdi.
Məşqçilər korpusu serbiyalı futbolçunun son oyunlardakı çıxışından narazı qalıb. Bu üzdən də klub rəhbərliyi mövsümün sonunu gözləmədən, Zeçeviçi yola salmağa qərar verib.
Qeyd edək ki, bir neçə ildi “Rəvan”da çıxış edən Zeçeviç həm də komandanın əsas kapitanı idi. Bundan sonra “aslanlar”ı meydana kapitan sarğısı ilə Tural Axundov çıxaracaq.
