8 mart 2013 18:45
Xəzər Lənkəranın baş məşqçisi postuna üç namizəd!
“Xəzər Lənkəran” baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, cənub klubu Karles Bakesin gedişindən sonra boşalan baş məşqçi postuna 3 namizədi gözdən keçirir.
Bu namizədlərdən biri rusiyalı mütəxəssisdi. Digər iki məşqçi isə Avropadandı. Hazırda “Xəzər Lənkəran” rəhbərliyi namizədlər arasında seçim aparmaqla, onlarla müqavilənin və digər məsələlərin detallarını müzakirə etməklə məşğuldu.
Artıq indidən bəllidi ki, klub rəhbərliyi yeni baş məşqçinin qarşısında növbəti mövsümdə komandanı çempion etmək vəzifəsi qoyacaq. “Ağ-yaşıllar”ın yeni çalışdırıcısının adının martın sonuna qədər açıqlanması gözlənilir.
