8 mart 2013 22:46
Azərbaycan millisi Estoniyaya da uduzdu
Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamız Rumıniya ilə ilk oyunda da uduzmuşdu.
