8 mart 2013 11:25
Miro Varvodiç: Növbəti mərhələdə Neftçi ilə qarşılaşmağımız sadəcə əla oldu!
“Qarabağ”ın qapıçısı Miro Varvodiçin azerisport.az saytına müsahibəsi
- “Qarabağ” heç də baxımlı olmayan bir oyunla kubokun yarımfinalına yüksəldi. Bu haqda nə deyə bilərsiz?
- Mümkündü ki, oyun heç də baxımlı alınmadı. Amma biz növbəti mərhələyə adlamağı bacardıq. Ağır oldu. Hər halda qarşıya qoyulan vəzifəni yerinə yetirə bildik. Bu münasibətlə komandanı təbrik edirəm.
- Mümkündü ki, oyun heç də baxımlı alınmadı. Amma biz növbəti mərhələyə adlamağı bacardıq. Ağır oldu. Hər halda qarşıya qoyulan vəzifəni yerinə yetirə bildik. Bu münasibətlə komandanı təbrik edirəm.
- Qəbələdə keçirilən ilk oyunda “Qarabağ” daha yaxşı təsir bağışlamışdı...
- Ola bilər. Amma Bakıdakı oyun çoxlarının ürəyincə olmasa da, əsas odu ki, 0:0 hesablı heç-heçə bizi növbəti mərhələyə çıxardı.
- Yarımfinalda sizi “Neftçi” gözləyir...
- “Neftçi”? Bu, sadəcə əladı!
- Sizcə, “Neftçi” bu mərhələdə ən arzuolunan rəqibdi?
- Niyə də yox? Onlar çempionata liderlik edirlər. Ona görə də bu, qarşılaşmaya əlavə maraq qatacaq.
- Niyə də yox? Onlar çempionata liderlik edirlər. Ona görə də bu, qarşılaşmaya əlavə maraq qatacaq.
- Amma qarşıda sizi hələ “Simurq”la altılığın ilk oyunu gözləyir. Bu görüş öncəsi nə deyə bilərsiz?
- “Simurq” da güclü komandadı. Bu mövsüm xüsusilə yaxşı çıxış edirlər. Bizə heç də asan olmayacaq. Amma bizə qələbə qazanmaq lazımdı.
- “Simurq” da güclü komandadı. Bu mövsüm xüsusilə yaxşı çıxış edirlər. Bizə heç də asan olmayacaq. Amma bizə qələbə qazanmaq lazımdı.
- “Qarabağ”ın sonda uğur qazanmaq şanslarını necə qiymətləndirə bilərsiz?
- Biz birinci yeri tutacaq gücdəyik.
- Biz birinci yeri tutacaq gücdəyik.
- Amma “Qəbələ” ilə son matçdakı oyunla bu, mümkünsüz görünür...
- Bu, hələ heç nədən xəbər vermir.
