9 mart 2013 00:23
Fevral ayının ən yaxşı qolu müəyyənləşdi (VİDEO)
Azərbaycan Premyer Liqasında fevral ayının ən yaxşı qolu müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytının azarkeşlər arasında keçirdiyi sorğuda “İnter”in futbolçusu Asif Məmmədov bütün rəqiblərini qabaqlayıb.
Belə ki, onun “Xəzər Lənkəran”ın qapısından keçirdiyi qol fevralın ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, fevral ayında vurulmuş ən gözəl qolların siyahısında daha dörd futbolçunun adı var idi. Bunlar “Sumqayıt”la oyunda fərqlənən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, “Simurq”la oyunda qol vurmuş “Neftçi”nin kapitanı Rəşad Sadiqov, “Qarabağ”ı cəzalandırmış “Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonas və “Xəzər Lənkəran”ın qapısına yol tapmış “Turan”ın türkiyəli legioneri Ender Günlü idi.