8 mart 2013 13:38
Yığmamız Rumıniya ilə bacarmadı (VİDEO)
Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rumıniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu bu gün, saat 17:30-da Estoniya komandasına qarşı keçirəcək.
