8 mart 2013 14:11
“İnteri keçdiksə, bunu Xəzər Lənkəranla oyunlarda da təkrarlaya bilərik”
“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskinin azerisport.az saytına müsahibəsi
- “İnter”lə oyun haqda nə deyə bilərsiz?
- Yaxşı oyun alındı. Bütövlükdə razı qaldım. Çünki pis oynamadıq. Baş məşqçimizin tələblərini yerinə yetirdik. Komanda maksimum çalışdı və istəyinə çatdı.
- Baş məşqçi qarşınıza hansı vəzifəni qoymuşdu ki?
- Biz daha çox pressinq tətbiq etməliydik. Topa daha çox nəzarət edib, oyunu meydanın rəqibə aid hissəsində keçirməliydik. Fikrimcə, bu, bizdə pis alınmadı. Bax buna görə də istəyimizə nail olduq.
- “Bakı” hesabda önə keçsə də, sonradan iki ardıcıl qol buraxdı. Buna nə səbəb oldu ki?
- Oyunun gedişində hər şey ola bilər. Əsas odu ki, biz özümüzdə güc tapıb, hesabı bərabərləşdirə bildik.
- Oyunun gedişində hər şey ola bilər. Əsas odu ki, biz özümüzdə güc tapıb, hesabı bərabərləşdirə bildik.
- Komandanız yarımfinala qələbə qazanmadan yüksəldi. Bu, sizi qane etdi?
- Kubokun pley-off mərhələsində əsas hədəf növbəti tura vəsiqəq azanmaqdı. Ona görə də burda vəsiqəni qələbə və ya heç-heçələr ilə əldə etməyin o qədər də prinsipial fərqi yoxdu.
- Kubokun pley-off mərhələsində əsas hədəf növbəti tura vəsiqəq azanmaqdı. Ona görə də burda vəsiqəni qələbə və ya heç-heçələr ilə əldə etməyin o qədər də prinsipial fərqi yoxdu.
- Komandanız demək olar ki, 90 dəqiqə oyuna nəzarət edən tərəf oldu. Bu oyunu mövsümün ən yaxşısı saymaq olar?
- Mən bunu ən yaxşılardan biri hesab edirəm. Amma “Bakı” hələ artıracaq. Yeni gələn futbolçular komandamızın gücünə güc qatıblar. Artıq komanda üzvləri indi bir-birini daha yaxşı başa düşür. Bizə vaxt lazım idi. Bundan sonrakı nəticələrimizin daha ürəkaçan olacağını düşünürəm.

- Yarımfinalda “Bakı”ni prinsipial rəqiblə - “Xəzər Lənkəran”la duel gözləyir. Şanslarınız barədə nə deyə bilərsiz?
- Biz “Xəzər Lənkəran”ı keçəcək qədər güclü və şanslıyıq. “İnter” kimi güclü rəqibi mübarizədən kənarlaşdıra bildiksə, bunu “Xəzər Lənkəran”la görüşlərdə də təkrarlaya bilərik.
- Biz “Xəzər Lənkəran”ı keçəcək qədər güclü və şanslıyıq. “İnter” kimi güclü rəqibi mübarizədən kənarlaşdıra bildiksə, bunu “Xəzər Lənkəran”la görüşlərdə də təkrarlaya bilərik.
- Artıq bir neçə gün sonra altılıq oyunları start götürür. Sizi ilk turda “Neftçi” ilə duel gözləyir...
- “Neftçi” yaxşı komandadı. Yaxşı hazırlaşmaq lazımdı. Əgər “İnter”lə oyuna yanaşdığımız kimi hazırlaşa bilsək, hər şey normal olacaq. Əsas odu ki, biz artıq futbol oynayırıq.