8 mart 2013 15:50
“Oyunu penaltilər seriyasına qədər daşıya bilsəydik, mərhələ keçərdik”
“Simurq”un müdafiəçisi Ruslan Poladov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyunundan (0:1) danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəqibin güclü olmasına baxmayaraq, biz də yarımfinala çıxmağı çox istəyirdik. Ev oyunundakı qolsuz heç-heçə bizim şanslarımızı daha da artırmışdı. Layiqli oyun keçirdik. Baxmayaraq ki, ikinci hissənin gedişində azlıqda qaldıq. “Neftçi”yə qarşı 10 nəfərlə oynamaq heç də asan deyil. Amma oyunu penaltilər seriyasına qədər daşıya bilsəydik, mərhələ keçə bilərdik. 120-ci dəqiqədə qol buraxmaq çox üzücü idi. Oyundan sonra qapının sındırılmasına gəlincə, onu kimin etdiyini görməmişəm. Biz də insanıq, hərdən emosiyalarımızı saxlaya bilmirik. Çətin ki, bu, qəsdən edilsin. Ona görə də bunu qlobal problemə çevirməyin əleyhinəyəm. Əminəm ki, rəhbərlik dəymiş ziyanı ödəyəcək”.