8 mart 2013 16:14
“Düşünməzdim ki, vurduğum qol bu qədər müzakirəyə səbəb olacaq”
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “İnter”lə oyununda çox baxımlı bir qola imza atan “Bakı”nın müdafiəçisi Şəhriyar Əliyev bununla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzünü deyim ki, mən başla qol vurmaq istəyirdim. Amma top dabanıma düşdü və zərbə endirdim. Yəni məhz belə qol vurmağa hazırlaşmırdım. Sadəcə, zərbə vurdum və top qapıya daxil oldu. Şadam ki, bu qol komandama uğur gətirdi. Heç düşünməzdim ki, vurduğum qol bu qədər müzakirəyə səbəb olacaq. Ümid edirəm ki, bu, son qolum olmayacaq. Komandamın bu turnirdəki çıxışına gəlincə, əsas hədəfimiz Azərbaycan Kubokunun finalına yüksəlməkdi”.