9 mart 2013 22:52
PFL fevral ayının ən yaxşılarını mükafatlandıracaq
Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bununla əlaqədar bazar ertəsi martın 11-də AFFA-nın inzibati binasında tədbir keçiriləcək. Tədbirdə, həmçinin, Azərbaycan çempionatları tarixində vurulmuş 10 000-ci qolun müəllifinə də PFL və Topaz tərəfindən xüsusi mükafat təqdim ediləcək. Saat 12:0-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidi.
