9 mart 2013 23:10
Porto Azərbaycana gəlir
Qəbələdə 15 yaşadək futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının siyahısına daha biri əlavə olunub. Azerisport.az xəbər verir ki, turnirdə çıxış üçün dəvət alan Portuqaliya təmsilçisi “Porto” rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib.
Bununla da 28 may – 2 iyun tarixlərində baş tutacaq II Qəbələ Kubokunun bütün iştirakçıları müəyyənləşib. Daha əvvəl 6 komanda – “Barcelona”, “Şaxtyor”, “Beşiktaş”, “Zenit”, “Feyenoord” və “Bakı” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi.
Xatırladaq ki, ilk turnir 30 may – 4 iyun 2012-ci il tarixlində “Villarreal”, “Levante” (hər ikisi İspaniya), “Galatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.
