9 mart 2013 11:31
Qəbələ Moldovaya gedir
Mayda təşkil olunacaq II Beynəlxalq Qəbələ Kubokunda iştirakçılar arasında yer alacaq “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Moldovaya yollanır. Azerisport.az xəbər verir ki, Hüseynqulu Quliyevin yetirmələri martın 11-dən 17-dək Tiraspol şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.
“Qəbələ” kubok uğrunda mübarizədə “Şerif” (Moldova), “Zirka” , Uşaq Gənclər İdman Məktəbi , “Sevastopol” (hamısı Ukrayna), “Şinnik” və “Mordaviya” (hər ikisi Rusiya) kollektivləri ilə münasibətlərinə aydınlıq gətirəcək.
U-15 Moldovaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
Qapıçılar: Süleyman Süleymanov, Toğrul Məmmədbəyli
Müdafiəçilər: Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Sahil Zeynalov, Aqşin Hüseynov
Yarımmüdafiəçilər: Hacıağa Hacılı, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd Mirzəyev, Elvin Həsənov, Rövlan Muradov
Hücumçular: Azər İsmayılov, Kənan Rəfiyev, Nurlan Quliyev, Coşqun Süleymanov
