9 mart 2013 11:52

Dodo: Altılıqda qələbələri sıralamaq lazımdı

“Qəbələ”nin vingeri Dodonun azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”la kubokun cavab oyunu barədə nə deyə bilərsiz?
- Fikrimcə, biz cavab görüşündə pis oynamadıq. Sadəcə, qol vurmağımız çatışmırdı. Mümkündü ki, erkən qol vura bilsəydik, hər şey tam fərqli nəticələnə bilərdi.
 
- Ardıcıl ikinci ildi ki, “Qarabağ” “Qəbələ” üçün kubokda keçilməz olur...
- Bəli, təəsssüf ki, belədi. Komandamın yarımfinala çıxmasını çox istəyirdim. Amma alınmadı. Mümkündü ki, şans çatışmadı. Ola bilər ki, gələn dəfə bizdə hər şey alınsın.
 
- Cavab oyunu bütövlükdə çox darıxdırıcı alındı...
- Biz qol vurmaq istəyirdik. Bunun üçün tam gücümüzlə çalışırdıq. Amma hər dəfə yolumuza nəsə çıxırdı. “Qarabağ” da çox yaxşı, səliqəli oynadı. Bax buna görə də onlara qol vura bilmədik.
 
- 30 minlik stadionda cəmi 200 azarkeşin gözü qarşısında oynamaq necə idi?
- Bu, problem deyil. Mən 200 nəfər üçün də oynayıram. Əgər oyunum onların xoşuna gəlirsə, buna ancaq sevinə bilərəm.

 
- Altılıq oyunları artıq start götürmək üzrədi...
- Əgər uğurlu çıxış etmək istəyiriksə, altılıqda çox xal itirməməliyik. İlk oyundan başlayaraq, qələbələri sıralamaq lazımdı.

- Yeri gəlmişkən, Premyer Liqadakı son oyununuzda AZAL-a 1:6 hesablı məğlubiyyətinizə nə səbəb oldu?
- Burda hesab hər şeyi deyir. Mənə elə gəlir ki, uşaqların hamısı artıq “Qarabağ”la kubok oyununu düşünməyə başlamışdı. Bunun da cəzasını çəkdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.