10 mart 2013 00:37
Yunis Hüseynov: Con Toşakın təyinatı məni təəccübləndirdi
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Con Toşakın bu komandanın sükanı arxasına gətirilməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Toşaka vaxt lazım olacaq. O, hələ bizim futbolumuzla tanış olmalıdı. Yalnız bundan sonra komandasını qurmağa çalışacaq. Etiraf edim ki, mən bu cür təyinatı gözləmirdim. Bu xəbər məni yaxşı mənada təəccübləndirdi. Əminəm ki, Toşak döyüşkən, yaxşı bir komanda yarada biləcək. Əgər klub belə bir mütəxəssis gətiribsə, o, özünü isbatlamalıdı. Yəqin ki, klub rəhbərliyi onun qarşısına yüksək hədəflər qoyacaqlar. Toşakın böyük təcrübəsi var. Bu, “Xəzər Lənkəran”a fayda verə bilər”.