9 mart 2013 13:58
Lüksemburq – Azərbaycan matçı 10 avroya!
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq – Azərbaycan matçının biletləri satışa çıxarılır. Azerisport.az xəbər verir ki, bu qarşılaşmaya biletlər fevralın 11-dən etibarən satılmağa başlayacaq.
Lüksemburq mətbuatının yaydığı məlumata görə, “Joze Bartel” stadionunda baş tutacaq oyuna biletlərin qiymətləri 10-20 avro aralığındadı. 16 yaşadək azarkeşlər isə bu oyunu pulsuz izləyə biləcəklər. Lakin onlar üçün də müəyyən limit qoyulub.
Maraq üçün bildirək ki, Lüksemburq – Azərbaycan matçı martın 22-də keçiriləcək.
