10 mart 2013 01:40
“Kim hamıdan az səhv buraxsa, çempionatın da qalibi o olacaq”
“İnter”in müdafiəçisi Slavço Georgiyevski Premyer Liqanın lideri “Neftçi”yə çatmağın heç də mümkünsüz olmadığını düşünür. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz liderdən cəmi üç xal geri qalırıq. Fərq elə də böyük deyil. Təbii ki, onlara çatmaq çətin olacaq. Amma mümkündü. Kim hamıdan az səhv buraxsa, çempionatın da qalibi o olacaq. Çoxları belə hesab edir ki, “Neftçi” liderliyi əldən buraxan deyil. Amma qızıl medalları kimin qazanacağını sonda görəcəyik”.