9 mart 2013 14:38
“Arzu edirəm ki, Con Toşak özündən əvvəlki məşqçilərin aqibətini yaşamasın”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Con Bencamin Toşakın “Xəzər Lənkəran”ın sükanı arxasına gətirilməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Altılıq mərhələsində klublarımız fərqli cəbhələrdə mübarizə aparacaqlar. Ona görə də biz bu komanda ilə yalnız ölkə kubokunun finalında qarşılaşa bilərik. Mən Toşaka Azərbaycan futbolunda uğurlar arzulayıram. Arzu edirəm ki, özündən əvvəlki məşqçilərin aqibətini yaşamasın”.