10 mart 2013 03:00
Elhad Nəziri yenə oynamadı, Petrolul xal itirdi
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 22-ci tur çərçivəsində “Rapid”lə qarşılaşıb.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Nəziri bu görüşdə də iştirak etməyib.
Qeyd edək ki, “Petrolul” 22 oyundan sonra topladığı 38 xalla 4-cü pillədə yer alıb.
