10 mart 2013 17:33
Lider dörd cavabsız qolla qazandı, Neftçala eyni hesabla uduzdu
Futbol üzrə Azərbaycan I Divizionunda 16-cı turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, doğma meydanda “Neftçala”nı 4:0 hesabı ilə məğlub edən “Ağsu” turnir cədvəlində ikinci pilləyə yüksəlib.
MOİK səfərdə“Lokomotiv”lə qarşılaşıb. Əzmkar oyun göstərən "hərbçilər" oyundan qalib ayrılıb - 3:2.
“Qaradağ Lökbatan” “Göyəzən”i 4 cavabsız qolla yenib. “Bakılı” da “Tərəqqi”ni darmadağın edib.
Birinci Divizion
16-cı tur
10 mart
Qaradağ Lökbatan - Göyəzən – 4:0
Qollar: Novruz Ələkbərov, 45; 61, Coşqun Süleymanov, 48, Bayram Əliyev, 73-öz qapısına.
Ağsu – Neftçala – 4:0
Qollar: Nicat Tağıyev 7, 33, Ramil Nəsibov, 49, Rəşad Orucov, 66-öz qapısına.
Bakılı - Tərəqqi – 3:0
Qollar: Orxan Babayev, 7-pen; 11; Röyal Nəcəfov, 88.
Lokomotiv – MOİK – 2:3
Qollar: Vüqar Əsgərov, 16-öz qapısına; Nicat Əsgərov, 20 - Arzuman Vəliyev, 11, Cavid Həziyev, 15, Cavidan Ağayev. 74.
