11 mart 2013 00:39
Nəziri: Hərarətim olduğu üçün oynaya bilmədim
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunun “Rapid”lə oyununda forma geyinməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim bu oyundan öncə hərarətim vardı. Buna görə də dörd gün məşq edə bilmədim. Ona görə də oyuna hazırlaşa bilməmişdim. Artıq hər şey qaydasındadı. Hazırda komanda ilə birgə Buxarest “Dinamo”su ilə oyuna hazırlaşıram. Bu oyunda debüt etmək istəyirəm”.