10 mart 2013 11:14
İmamverdiyev tüpürdüyünə görə kəsilən cəriməni özü ödəyəcək
“Neftçi” rəhbərliyi “Simurq”la səfər oyununda rəqib futbolçuya tüpürən Cavid İmamverdiyevlə bağlı daha bir qərar çıxarıb. Azerisport.az xəbər verir ki, Nenad Kisonun üzünə tüpürdüyünə görə AFFA İntizam Komitəsi tərəfindən altı oyunluq cəzalanan futbolçunun klubuna da 5000 manat cərimə kəsilmişdi.
Lakin klub rəhbərliyi həmin cərimənin də futbolçunun özünün ödəməsinə dair qərar verib.
