10 mart 2013 18:05
Ruslan Abışov debüt etmədi, Rubin Zenitə qalib gəldi (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” klubu bu tur “Zenit”lə üz-üzə gəlib.
Bu görüşdə həmyerlimizin də iştirakı istisna deyildi. Hansı ki, bu, Abışov üçün “Rubin”in heyətindəki ilk rəsmi matçı kimi tarixə düşə bilərdi. Lakin təəssüf ki, baş məşqçi Kurban Berdıyevin onun adını bu matçı iştirak ərizəsinə salmayıb. Belədə, futbolçumuzun yoxluğunda komandası "Zenit"ə 1:0 hesabıyla qalib gəlib.
Qeyd edək ki, 20 turdan sonra “Rubin”in 34 xalı var və səkkizinci yerdə gedir.
