11 mart 2013 00:11
İsayev oynadı, Denizlispor qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 25-ci turu çərçivəsində “Rizespor” ilə qarşılaşıb.
Oyun doğma divarlar arasında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən mütləq 3 xalla ayrılmağı hədəfləmişdi. Dənizlilər çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar.
Bu görüşdə futbolçularımızın da iştirakı istisna deyildi. Lakin hər ikisi ehtiyatda oyuna başlayan həmyerlilərimizdən yalnız Arif meydana çıxmaq imkanı qazanıb. O, 86-cı dəqiqədə mübarizəyə qoşulub. Rail isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Ariflə Railin komandası 25 oyuna 32 xalla 11-ci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
25-ci tur
10 mart
Denizlispor - Rizespor - 1:0
