10 mart 2013 19:55
Cihan Özkarasız Sivasspordan Antalyaspor qələbəsi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Sivasspor” klubu bu gün Super Liqada növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, sivaslılar 25-ci tur çərçivəsində “Antalyaspor”la qarşılaşıblar.
Sivasda keçiriləm görüşdə Cihan forma geyməyib. Qarşılaşma isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Özkaranın komandası hazırda 32 xalla 10-cu yerdə gedir.
