10 mart 2013 12:07
Simurqda qalmaqal: Rasim Ramaldanov prezidentlə baş-başa gəldi!
“Simurq”da qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, komandanın kapitanı Rasim Ramaldanovla klub prezidenti Anar Bəkirov arasında yaranan narazılıq birincinin əvəzedici heyətə göndərilməsi ilə nəticələnib.
Buna səbəb isə Ramaldanovun klub prezidentinə cavab qaytarması olub. Belə ki, Topaz Premyer Liqasının 22-ci turunun “Kəpəz”lə səfər oyununun fasiləsində komandasının 0:1 hesabıyla geridə olmasından narazı qalan Anar Bəkirov paltardəyişmə otağına yollanmağa qərar verib. O, burda komanda üzvlərini zəif oyuna görə tənbeh edib. Lakin rəhbərliyin fikirləri Ramaldanovun ürəyincə olmayıb. Bu üzdən də o, Bəkirova sərt şəkildə cavab qaytarıb. 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra isə Ramaldanov əvəzedici komandaya göndərilib. Lakin “Simurq”un kapitanı ikinci komandada məşq etməkdən boyun qaçırıb.
Klub rəhbərliyinin Ramaldanovla bağlı sabah yekun qərar çıxarması gözlənilir.
