10 mart 2013 13:18
Qəbələ İnterlə oyuna üç itki ilə çıxacaq
“Qəbələ” Topaz Premyer Liqasının 23-cü turunun “İnter”lə oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi növbəti oyuna ciddi itkilərlə hazırlaşır.
Belə ki, qarşıdakı oyunda üç futbolçunun komandaya kömək etməsi mümkün olmayacaq. Yarımmüdafiəçi Aleksandr Çertoqanov hələ də zədəsini sağaltmayıb. Onun keçmiş klubuna qarşı oynamayacağı dəqiqdi.
Çertoqanovdan əlavə komandada iki cəzalı futbolçu da var. Bunlardan biri AZAL-la görüşdə qırmızı vərəqə alan Vurğun Hüseynovdu. Ceyhun Sultanov isə sarı vərəqə limitini doldurduğuna görə, komandasına kömək edə bilməyəcək.
