11 mart 2013 01:53
“Toşakın Xəzər Lənkərana nə dərəcədə faydalı olacağını zaman göstərəcək”
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Con Bencamin Toşakın “Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Toşakın bura gəlməsi Azərbaycan futbolu üçün böyük rezonansdı. Çünki o, tanınmış məşqçidi. Əlbəttə, hələlik Toşakın ölkəmizdəki fəaliyyətinin necə alınacağını indidən heç kim deyə bilməz. Sadəcə, o məlumdu ki, yeni baş məşqçiyə vaxt lazımdı. Çünki o, öncə komandanı tanımalıdı ki, lazım olan dəyişiklikləri də etsin. Toşakın “Xəzər Lənkəran”a nə dərəcədə faydalı olacağını zaman göstərəcək. Ona uğurlar arzulayıram”.