11 mart 2013 00:08
Yığmamız Rusiya və Moldovaya qarşı
Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Ukraynanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız yenə 0:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, komandamız bundan öncə Rumıniya (0:1) və Estoniyaya da (0:2) məğlub olmuşdu.
İndi komandamız 9-12-ci yerlər uğrunda mübarizə aparmalı olacaq. Millimiz Rusiya, Moldova və Estoniyadan güclü olmağa çalışmalıdı.
