11 mart 2013 17:53
Pərdis Fərcad Azad - Turan - 4:0 (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin ilk, mövsümün 23-cü turunun birinci oyun günündə tək görüş baş tutub.
Turun açılış matçında “Sumqayıt” “Turan”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. Pərdis Fərcad-Azadın vurduğu dörd qol sumqayıtlılara üç xal qazandırıb.
Turun digər görüşləri isə qarşıdakı günlərdə keçiriləcək.
Topaz Premyer Liqası
23-cü tur
11 mart
SUMQAYIT – TURAN - 4:0 (4:0)
Qol: P.F.Azad, 4 (1:0), P.F.Azad, 8 (2:0), P.F.Azad, 19 (3:0), P.F.Azad, 23 (4:0).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Coşqun Həsənov, Anar Salmanov.
Bakı. Bayıl Arena.
Oyun başladı
4. Meydan sahibləri erkən qola sevinirlər - 1:0
8. P.F.Azad özünün və komandasının ikinci qoluna imza atır - 2:0
Akgün qapıçı ilə üz-üzə qalsa da, "Turan"ın qolkiperi bu dəfə qola imkan vermir
19. P.F.Azad het-trikini rəsmiləşdirir - 3:0
23. Yenə P.F.Azad! - 4:0
"Sumqayıt" hücumlarını davam etdirir
Azad beşinci qolu vurmağa çox yaxın olsa da, qapıçı ilə təkbətəki dəyərləndirə bilmir
Ballonun zərbəsi hədəfdən yan keçir
Artıq oyunda bir qədər sakitlik yaranıb
"Turan"da M.Ağakişiyevi E.Manafov əvəzləyir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Oyun artıq sakit məcrada keçir
P.F.Azad daha bir qol vurmağa yaxın olsa da, yenə qapıçı ilə dueldən məğlub ayrılır
"Turan"ın müdafiə xətti kobud səhvlər buraxmağa davam edir. Bu dəfə Akgün qapıçı ilə üz-üzə qalsa da, yenə qol vura bilmir
"Sumqayıt" hücumlarını davam etdirir
"Turan" demək olar ki, artıq oyundan əlini üzüb və heç nəyə cəhd etmir
"Turan" demək olar ki, artıq oyundan əlini üzüb və heç nəyə cəhd etmir
Rukavina təsəlli qoluna yaxın olsa da, qapıçı onun istəyini gözündə qoyur
Artıq komandalar sadəcə matçın başa çatmasını gözləyirlər və hücuma o qədər də həvəslə qoşulmurlar
Matç başa çatdı
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Can Akgün, 77. Mirzəağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev.
TURAN: 28. Andrey Popoviç, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 10. Ender Günlü (k), 11. Salif Ballo, 19. Asəf Qədiri, 20. David Janelidze, 23. İrakli Beraya, 25. Antonio Rukavina.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 4. Vüqar Bəybalayev, 5. Vasif Rzayev, 7. Azər Məmmədov, 17. Fərmayıl Əliyev, 22. Rəşad Hacızadə, 21. Elşad Manafov.
Turun digər oyunlar: 12 mart - Bakı – Neftçi, Rəvan - Xəzər Lənkəran, Simurq – Qarabağ; 13 mart - Qəbələ – İnter, Kəpəz – AZAL.
|
Neftçi
|
22
|
14
|
2
|
6
|
47-24
|
44
|
|
İnter
|
22
|
11
|
8
|
3
|
24-12
|
41
|
|
Qarabağ
|
22
|
10
|
9
|
3
|
30-19
|
39
|
|
Simurq
|
22
|
9
|
9
|
4
|
25-15
|
36
|
|
Qəbələ
|
22
|
9
|
5
|
8
|
26-27
|
32
|
|
Bakı
|
22
|
6
|
12
|
4
|
24-15
|
30
|
|
AZAL
|
22
|
7
|
8
|
7
|
32-25
|
29
|
|
XL
|
22
|
7
|
7
|
8
|
32-27
|
28
|
|
Sumqayıt
|
23
|
6
|
7
|
10
|
24-39
|
25
|
|
Turan
|
23
|
6
|
5
|
12
|
24-39
|
23
|
|
Rəvan
|
22
|
6
|
4
|
12
|
23-36
|
22
|
|
Kəpəz
|
22
|
2
|
4
|
16
|
12-45
|
10
|
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
9 - Salif Ballo (Turan)
