10 mart 2013 14:28
Böyükağa Hacıyev: Foqts çempionatımızı izləsəydi, Arazı da yığmaya dəvət edərdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- “Simurq”la kubokun cavab oyunundan sonra siz futbolçulardan narazılığınızı dilə gətirdiniz, hətta bəzilərinin meydanda “yatdığı”nı bildirdiniz. Buna səbəb nə idi?
- “Neftçi” hər beş gündən bir oyuna çıxır. Başa düşürəm ki, futbolçudan hər oyunu səhvsiz keçirməyi tələb etmək olmaz. “Neftçi”nin futbolçuları robot deyillər, onlar da hər kəs kimi adi insanlardılar. “Simurq”la oyunda mən 120 dəqiqə ərzində heç bir dəyişiklik etmədim. Çünki meydana çıxardığım heyətin rəqibi keçəcəyinə inanırdım. Amma onu da etiraf edirəm ki, bəzi futbolçular öz səviyyəsindən aşağı çıxış etdi.

- Məsələn, kim?
- Rəşad Sadiqovla Julius Bobay “Turan”la oyunda meydana çıxmamışdı. Bu üzdən də oyun təcrübəsinin azlığı hiss olunurdu. Mahir Şükürovla Denis Silva da əsl bacarığını nümayiş etdirə bilmədi. Nikolas Kanalesin son turlarda qol vurmaması da məni narahat edir. Halbuki, bunun üçün kifayət qədər geniş imkanları olur. Yəqin ki, hazırda “qara zolağa” düşüb. Əminəm ki, o, yenidən qollarını sıralayacaq.

- Cavid İmamverdiyevlə bağlı yaranan son duruma münasibətinizi bilmək istərdik...
- Komandamızda intizamı pozan futbolçu ola bilməz. İmamverdiyev perspektivli futbolçudu. Amma o, öz perspektivini açmaq istəyirsə, bunu xarakterində də əks etdirməlidi. Təəssüf ki, Cavid hələlik bunu nümayiş etdirə bilmir. Klub onu maddi cəhətdən də cərimə edib. Yəni “Neftçi”yə kəsilən 5 min manatlıq cəriməni İmamverdiyev özü ödəyəcək. Bu pul tədricən onun maaşından çıxılacaq. Cavib bilməlidi ki, Böyüküğa Hacıyevin komandasında intizamı pozmaq olmaz.
- Caviddən fərqli, son dövrlər ArazAbdullayev xeyli artırıb. Amma yığma komandamıza yenə də dəvət almadı...
- Qış toplanışı zamanı Araz özünü yaxşı tərəfdən göstərməyi bacardı. Hazırda da o, ümidləri doğruldur, sabit çıxışı ilə seçilir. Abdullayev hələ də tam olaraq öz potensialını aça bilməyib. Amma ondan razıyam. Analizlərimizə grə, Abdullayev hər oyunda 12,5 km qaçır. Belə göstəricilərə “Barcelona”da çıxış edən Xavi, İnyesta kimi futbolçular imza ata bilərlər. Arazın yığmaya çağırılmamasına gəlincə, bu, Berti Foqtsun səlahiyyətində olan bir məsələdi. Biz onun işlərinə qarışa bilmərik. Həm də Foqtsu başa düşmək olar. Axı o, Premyer Liqanı izləmir. Əks halda o, Arazı da yığmaya çağırardı.
- Con Toşakın “Xəzər Lənkəran”a gətirilməsi haqda nə deyə bilərsiz?
- Təcrübəli mütəxəssisdi. Həm futbolçu, həm də məşqçi kimi özünü sübut etməyi bacarıb. İspaniya, İtaliya, Türkiyə klublarına rəhbərlik edib. Mən Toşaka Azərbaycan futbolunda uğurlar arzulayıram. Arzu edirəm ki, özündən əvvəlki məşqçilərin aqibətini yaşamasın. Amma ona vaxt lazımdı. Altılıq mərhələsində klublarımız fərqli cəbhələrdə mübarizə aparacaqlar. Ona görə də biz “Xəzər Lənkəran” ilə yalnız ölkə kubokunun finalında qarşılaşa bilərik.

- Qarşıdan “Bakı” ilə derbi gəlir...
- Bu gün heç kim hansısa komandanın “Neftçi”yə kömək etdiyini deyə bilməz. Amma mən bilirəm ki, bir neçə klub bizə qarşı qruplaşma yaradıb. Qoy yaratsınlar. Biz isə hər oyunda maksimuma çalışacağıq. Mümkün qədər çox xal toplamaq istəyirik. Çempionatımızın süni qalibinin olmasını istəmirik. Onsuz da hər bir klubun əsl gücünü avrokuboklar göstərəcək.
- “Bakı” da dediyiniz qruplaşmadadı?
- Bilmirəm. Amma düzünü deyim ki, “İnter”lə “Bakı” arasındakı kubokun cavab oyunu mənim üçün anlaşılmaz qaldı. “İnter”dən elə oyun gözləmirdim. Yəni bu komandaya “Neftçi”yə məğlubiyyətdən sonra özünə gələ bilmir?

- Sizi kubokun yarımfinalında “Qarabağ” gözləyir...
- Etiraf edim ki, “Qarabağ” bizim üçün ən uğursuz rəqiblərdən biridi. Onlarla oynamaq həmişə çətindi. Amma hazırlaşacağıq. Bu dəfə “Neftçi”nin qalib gələcəyinə inanıram. Qoy güclü qələbə qazansın. “Neftçi” qızıl dubl etmək istəyir. Potensialımız da buna imkan verir.
- İlk altılıq “Xəzər Lənkəran”sız maraqsız olmayacaq ki?
- Özləri günahkardılar. “Xəzər Lənkəran” “Neftçi”ni məğlub etməyi çox istəyir. Amma sanki digər oyunlar onlar üçün ciddi əhəmiyyət daşımır. Darıxdırıcı olmayacaq. İlk altılıqda “Simurq”, “Bakı”, “Qəbələ” kimi klublar da var. Onlar da bizə qarşı ikiqat qüvvəylə mübarizə aparacaqlar.