10 mart 2013 14:52
Berti Foqts azərbaycanlıların qonaqpərvərliyindən danışdı
Futbol üzrə Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts Berlində təşkil olunan ITB Berlin-2013 adlı turizm sərgisində iştirak edib. Azerisport.az xəbər verir ki, alman mütəxəssis tədbirdə çıxış edib və ölkəmizlə bağlı təəssüratlarını dilə gətirib:
“Azərbaycanda çölə çıxın kimi, sizi ya çaya, ya da meyvəyə qonaq edirlər. Əgər evlərinə dəvət edirlərsə, onda hətta özünüzü ailənin bir üzvü kimi hiss etməyinizə məcbur edirlər. Belə qonaqpərvərlik bizim hamımıza çox cəlbedici görünür. Amma yerli əhali üçün bu, tamamilə adi bir şeydi”. (ITB Berlin)