11 mart 2013 17:22

Bütövlükdə 21-ci, Premyer Liqada 19-cu!

Topaz Premyer Liqasının “altılıq”dakı ilk turunda martın 13-ü “Qəbələ” “İnter”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun yetirmələri XXIII turun bu matçını öz meydanında keçirəcək. Bu görüş komandaların ümumilikdə 21-ci, çempionatda 19-cu qarşılaşması olacaq. Belə ki, 2 oyun Azərbaycan kubokuna təsadüf edib.
 
Komandaların ilk görüşü təxminən 6 il yarım əvvəl – 2006-cı ildə baş tutub. Həmin vaxt qolsuz heç-heçə qeydə alınıb. Bundan sonra rəqiblər daha 5 dəfə qalibi müəyyənləşdirə bilməyərək meydandan bərabərliklə ayrılıb. 10 matçda “İnter”, 4 görüşdə “Qəbələ” qalib gəlib. “Qırmızı-qaralar” bu dəfə 5-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. Top fərqində də bakılılar öndədir – 30:15.
 
Lakin paytaxt təmsilçisinin üstünlüyü əvvəlki illərdə qazanılan qələbələr sayəsindədir. Son illərdə isə bərabər səviyyədə mübarizə müşahidə olunur. Son 2 il yarım müddətində baş tutan 7 qarşılaşmada bərabərlik hökm sürür: hərəyə 2 qələbə və 3 heç-heçə.
 
Ümumiyyətlə 2010-cu il sentyabrın 19-da baş tutan qarşılaşmadan sonra qonaqlar qələbə qazana bilmir. Çünki son 7 qarşılaşmada ya heç-heçə qeydə alınır, ya da meydan sahibləri qalib gəlir. Son 4 oyunda qonaqlar xala da həsrət qalıb. “İnter” də, “Qəbələ” də son 2 ev matçında qalib gəlib. Məmmədovun yetirmələri ardıcıl 4 oyundur “İnter”in qapısına yol tapmaq ənənəsini davam etdirməyə çalışacaq. Çünki son 4 dueldə komanda ən azı 1 qol vurur.
 
“Qəbələ” “İnter”lə öz meydanında keçirdiyi oyunlarda üstünlüyə malikdir. 11-ci dəfə bakılıları qonaq edəcək “qırnızı-qaralar” 4 dəfə qonaqları məğlub edib. Digər matçlardan 3-də heç-heçə, 3-də “İnter”in qələbəsi qeydə alınıb. Bu matçlardakı top fərqi də meydan sahiblərinin xeyrinədir – 8:6. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.