11 mart 2013 17:46

“Bu yolda uğura doğru addım-addım yaxınlaşırıq”

Bu gün AFFA-nın inzibati binasında keçirilən tədbirlə fevral ayının ən yaxşı oyunçusu və ən yaxşı qolu nominasiyasında qaliblər mükafatlandırıldı. Azerisport.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ilk tədbirin futbolun başladığı binada keçirilməsini vurğuladı.
 
“Ayın ən yaxşı qolu və oyunçusu müvafiq olaraq azarkeşlər və idman jurnalistləri tərəfindən seçilir. Azərbaycan çempionatları tarixində 10 000-ci qolun müəllifi Elvin Məmmədovdur. Premyer Liqanın ən sərrast futbolçuları arasında yerli futbolçuların olmasını istərdim. Lakin əcnəbi futbolçular Azərbaycanda oynayırlarsa, deməli onlar da ozümüzünküdür. Nikolas Kanales həqiqətən də ayın ən yaxşısı olmaqa layiqdir”.
 
Daha sonra Azəridmanservisin direktoru Azər Məhərrəmov nitq söylədi. “Bir müddət öncə Topaz Azərbaycan Premyer Liqasına sponsorluq etməyə başladı. Bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk. Topaz-ı yaratmaqda məqsədimiz Azərbaycanda idmanın, xüsusilə də futbolun inkişafına töhfəmizi vermək və azarkeşlərin bu idman növünə olan marağını artırmaqdır. Bu yolda uğura doğru addım-addım yaxınlaşırıq. Azərbaycanda idman jurnalistikasının mövcudluğuna sevinirəm”.
 
Daha sonra türkiyəli futbol mütəxəssisi Selçuk Yula tədbir iştirakçılarına öz fikirlərini çatdırdı: ”Azərbaycanı öz vətənim kimi sevirəm, daima burdakı inkişafı izəməyə çalışıram. 10 000-ci qolun müəllifini, fevral ayının ən yaxşı futbolçusunu və ən gözəl qolun müəllifini təbrik edirəm. Azərbaycanda idmanın inkişaf etdiyini müşahidə edirəm, bunda güclü sponsorların və infrastrukturun böyük rolu var. Azərbaycan milli komandasını, “Neftçi” klubunu izləmişəm, komandalarda boyük inkişaf var. Milli komandanın Portuqaliya ilə oyunu, “Neftçi”nin Avropa Liqasındakı oyunları bundan xəbər verir”.
 
Çıxışlardan sora qaliblər PFL və Topaz tərəfindən mükafatlandırılmışdır. İdman jurnalistləri arasında keçirilən sorğunun nəticələrinə əsasən “Neftçi”dən Nikolas Kanales fevral ayının ən yaxşı oyunçusu seçilmişdir. Çilili futbolçuya xüsusi hədiyyə və 1500 azn dəyərində pul mükafatı verilmişdir.
 
Nikolas Kanales bu mükafatı qazandığına görə hamıya təşəkkürünü bildirmişdir. “Bu təkcə mənə yox, bütün komandaya verilmiş bir mükafatdır”.
 
Ayın ən yaxşı qolu nominasiyasında “İnter”dən Asif Məmmədov qalib gəmişdir. Qalibə xüsusi hədiyyə və 1000 azn pul mükafatı verilmişdir.
 
Azərbaycan çempionatları tarixində 10 000-ci qolun müəllifi isə “Bakı” klubunun futbolçusu Elvin Məmmədov olmuşdur. Elvin Məmmədov aldığı mükafata görə PFL-ə öz minnətdarlığını bildirdi. Daha sonra tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırmışlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.