12 mart 2013 18:51

Qarabağ Simurqa uduzdu, derbi sülhlə bitdi, XL məğlub oldu (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 23-cü turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş baş tutub.

Bunlardan ikisi ilk, biri ikinci altılıq çərçivəsində keçirilib. İkinci altılıq çərçivəsində “Rəvan” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi minimal hesablı qələbəyə sevinib. İlk altılıqda isə “Bakı” paytaxt derbisində “Neftçi” ilə sülb bağlayıb. “Simurq” da “Qarabağ”la qarşılaşmadan qalib ayrılıb.
 
Topaz Premyer Liqası
23-cü tur
12 mart (çərşənbə axşamı)
 
SİMURQ – QARABAĞ - 1:0 (1:0)
Qol: R.Eyubov, 32 (1:0).
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
5. Komandalar ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirlər
6. Cavadovun zərbəsini qapıçı dəf etməyi bacarır
15. Oyun daha çox mərkəzdə keçir
19. Popoviç qonaqların qapısına yol tapsa da, ofsayd qeydə alınır
21. Şemonayev sarı vərəqə alır
22. Nadirovun əla zərbəsini qapıçı qaytarır
22. Qonaqların korner vuruşu qol gətirmir
28. R.Eyyubov simulyasiyaya görə sarı vərəqə ilə cəzalanır
32. Eyyubov nəhayət ki, istəyinə çatır. O, gözəl ötürməni effektli zərbə ilə rəqib qapısından keçirir - 1:0
35. "Qarabağ" hücuma atılsa da, istəyinə çata bilmir
40. Muaremin zərbəsi hədəfdən yan keçir
45. Aqollinin əla ötürməsini Vaqif başla qapıya göndərsə də, Petrkeviç inanılmaz reaksiya ilə qola imkan vermir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. V.Nadirov kobud oyuna görə sarı vərəqə alır
54. Petrkeviç növbəti dəfə komandasını qoldan xilas edir
55. Nadirovun əvəzində meydana E.Opara çıxır. Bu, onun debüt matçıdı
60. "Simurq" xüsusilə əks-hücumlarda çox təhlükəli olmağa başlayıb. "Qarabağ"ın cəhdləri isə faydasızdı
65. M.Burhardı N.Kiso əvəzləyir
67. Popoviç əks-hücum zamanı ikinci qolu vurmağa yaxın olsa da, son anda Varvodiç qola imkan vermir
70. N.Yusifovu B.Hüseynov əvəzləyir
75. "Qarabağ"ın cəhdləri demək olar ki, heç bir bəhrə vermi
80. R.Eyubov yenə simulyasiyaya görə sarı vərəqə alır. Nəticədə o, qırmızı vərəqə ilə meydandan qovulur
83. Popoviçi N.Qurbanov əvəzləyir
86. "Simurq"da Polyakı R.Poladov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
BAKI – NEFTÇİ - 1:1 (0:1)
Qol: A.Abdullayev, 43 (0:1), M.Pena, 83 (1:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elşən Acalov, Ramiz Məhərrəmov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
Oyun başladı
3. X.Juniorun zərbəsi qapıdan yan keçir
5. "Bakı" ilk dəqiqələrdən daha fəaldı
10. Meydan sahibləri hücumlarını davam etdirirlər. "Neftçi" isə əks-hücumlarda təhlükəli olmağa çalışır
11. Ş.Əliyev oyundakı ilk sarı vərəqənin müəllifi olur
15. Meydan sahibləri hücumları davam etdirir
20. "Bakı" oyuna nəzarəti əlində saxlayır
22. Qonaqların korner vuruşundan qol səsi çıxmır
23. E.Əliyev də sarı vərəqə ilə cəzalanır
30. Oyunun tempi bir qədər aşağı düşüb
37. "Neftçi"nin korner vuruşu çox təhlükəli olsa da, "Bakı"nın bəxti gətirir
40. Vobayın iti bucaq altında vurduğu zərbə nəticəsində top qapının üstündən keçir
43. A.Abdullayev uzaqdan zərbə ilə hesabı açır - 0:1
Birini hissə başa çatdı
İkinci hissə başladı
49. Flavinyo sarı vərəqə alır
57. "Bakı" korneri yaxşı yerinə yetirə bilmir
57. "Bakı" az qala rəqib futbolçunun avtoqoluna sevinəcəkdi. Lakin son anda dirək "Neftçi"ni qoldan xilas edir
58. C.Hüseynovu E.Məmmədov əvəzləyir
60. Flavinyonun zərbəsi qapıdan azca yan keçir
61. Qonaqların künc zərbəsi zamanı Nuredinoski topu uzaqlaşdırır
67. Çesnauskini Ristoviç əvəzləyir
70. Vobayın cərimə zərbəsi hədəfdən yan keçir
71. Vobayı C.İmamverdiyev əvəzləyir
75. Horvatın uzaqdan möhtəşəm zərbəsi az qala hesabın bərabərləşməsiylə nəticələnəcəkdi. Amma yenə bəxt "Neftçi"nin tərəfində olur və top dirəkdən dönür. Halbuki, çox möhtəşəm qol ola bilərdi
76. Elə epizodun davamında D.Silva Penaya qarşı cərimə meydançasında kobudluq edir və penaltiyə səbəb olur. Silva buna görə sarı vərəqə də alır
77. Horvatın penalti zərbəsini də Stamenkoviç geri qaytarır
78. "Bakı"da daha bir əvəzləmə: X.Junioru F.Elmaz əvəzləyir
79. A.Abdullayev sarı vərəqə alır
83. M.Pena nəhayət ki, sürətli cinah hücumu zamanı qapı qarşısına ötürülən topu başla qapıdan keçirir - 1:1
89. Şoliç sarı vərəqə ilə cəzalanır
90+1. Zədələnən C.İmamverdiyevi E.Quliyev əvəzləyir
Matç başa çatdı
 
BAKI: 82. Edin Nuredinoski, 14. Elvin Əliyev, 29. Əziz Quliyev, 6. İbrahim Karqbo, 25. Şəhriyar Əliyev, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 88. Cavid Hüseynov, 7. Deyvidas Çesnauski, 77. Aleksandar Soliç (k), 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 3. Denis İvanov, 19. Nurlan Novruzov, 28. Ferdi Elmas, 22. Risto Ristoviç, 11. Elvin Məmmədov, 27. George Popxadze.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 6. Rəşad Sadiqov (k), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 25. Cavid İmamverdiyev.
 
RƏVAN - XƏZƏR LƏNKƏRAN - 1:0 (0:0)
Qol: X.M.Varea, 90-pen (1:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. Bayıl Arena.
 
Oyun başladı
Bakılılar daha fəal görünürlər
Adamoviçin zərbəsi qapıdan azca yan keçir
"Rəvan" hələ ki, daha çox hücum edir
Kalonas rəqibin cərimə meydançasında yerə yıxılsa da, hakim onu simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırır. Amma təkrarda onun özünü yerə atmadığı aşkar görünür
Kalonasın zərbəsindən sonra qapı tiri qonaqları qoldan xilas edir
Abdullayevin qüvvətli zərbəsini Sapela dəf edə bilir
Hər iki komanda fəallığı artırıb
Orlovski sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Rəvan" fasilədən sonra da fəaldı
XL isə daha çox əks-hücumlara ümid bəsləyir
XL-da G.Güleç yerini Olguinə verir
Olguin bir neçə epizodda fəallıq nümayiş etdirsə də, zərbələri dəqiq olmur
Adamoviçin cərimə zərbəsini Doblas asanlıqla tutur
Abdullayev ikinci sarı - qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyur
Alvizin cərimə zərbəsi qapının üstündən keçir
Tounkaranı Sialmas əvəzləyir
Barlay sarı vərəqə alır
Orsuliçin təhlükəli cərimə zərbəsi qapıdan yan keçir
Silva cərimə meydançasında əllə oynadığı üçün penaltiyə səbəb olur
"Rəvan" nəhayət ki, son dəqiqədə istəyinə çatır və penaltidən hesabı açır - 1:0
Matç başa çatdı
 
RƏVAN: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 7. Ramil Həşimzadə, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 11. Anar Hüseynov, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 22. Tofiq Mikayılov.
XƏZƏR LƏNKƏRAN: 30. Antonio Doblas, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev (k), 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 24. Gökhan Güleç, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 26. Tərlan Qasımzadə, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev, 35. Lusiano Olguin, 21. Radomir Todorov, 42. Kamran Abdullazadə.
 
Turun digər oyunları: Sumqayıt – Turan – 4:0. 13 mart: Qəbələ – İnter, Kəpəz – AZAL.
 
Neftçi
23
14
3
6
48-25
45
İnter
22
11
8
3
24-12
41
Simurq
23
10
9
4
26-15
39
Qarabağ
23
10
9
4
30-20
39
Qəbələ
22
9
5
8
26-27
32
Bakı
23
6
13
4
25-16
31
AZAL
22
7
8
7
32-25
29
XL
22
7
7
8
32-27
28
Sumqayıt
23
6
7
10
24-39
25
Rəvan
23
7
4
12
24-36
25
Sumqayıt
23
6
5
12
24-39
23
Kəpəz
22
2
4
16
12-45
10
 
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad-Azad (Sumqayıt)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.