11 mart 2013 19:07
Əfqan Talıbovdan 0:4 hesablı darmadağına şərh
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 23-cü turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna çox sakit başladıq. İlk dəqiqələrdən rəqibin bu cür güclü təzyiqini gözləmirdik. Nəticədə qısa zamanda iki qol buraxdıq. Bundan sonra da özümüzü toparlaya bilmədik, qapımızdan daha iki qol buraxdıq. İkinci hissədə oyunçulardan nisbətən razı qalsam da, ümumilikdə komanda yaxşı çıxış etmədi. Oyunçular özlərini yaxşı tərəfdən göstərmək üçün altılıq oyunlarına daha ciddi yanaşmalıdırlar”.
