11 mart 2013 19:12
Bernard Raab: Futbolçular buna əməl edə bilmədilər
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 23-cü turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 4:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandadan razıyam, ilk dəqiqələrdən planlaşdırdığımız kimi oynadıq. İkinci hissəyə də bu cür təzyiqlə başlamalıydıq, lakin futbolçular buna əməl edə bilmədilər. Pərdis Fərcad Azadın digər klublara keçməsi, hələ ki, müzakirə mövzusu deyil”.
