11 mart 2013 19:30
Azərbaycan Estoniyadan qisasını aldı
Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız bu dəfə qələbə qazanmağı bacarıb.
Belə ki, futbolçularımız Estoniyanı 1:0 hesabı ilə məğlub ediblər. Yeganə topu rəqib qapısından Aysin Əliyeva keçirib. Beləcə, U-19 bir neçə gün öncə uduzduğu estonlardan qisasını almağı bacarıb.
Xatırladaq ki, komandamız bundan öncə Rumıniya (0:1), Estoniyaya və Ukraynaya (hər ikisi 0:2) məğlub olmuşdu.
