11 mart 2013 10:31
Sevinc Babayeva: Ukraynanı məğlub edə bilmədiyimizə görə təəssüflənirik
19 yaşa qədər qızlardan ibarət futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Sevinc Babayeva beynəlxalq “Kuban baharı” turnirinin qrup mərhələsinin son oyununda Ukraynaya 0:2 hesabı ilə məğlubiyyətə şərh verib:
“Biz çox məyusuq. Bu gün qalib gəlməyi çox istəyirdik, ancaq alınmadı. Çox təəssüflənirik ki, qarşıya qoyulmuş məqsədə nail ola bilmədik. Buna baxmayaraq komandamıza inanırıq. Ümid edirik ki, digər oyunlarımız daha uğurlu alınacaq”, deyə Babayeva Rusiya Futbol İttifaqının saytına müsahibəsində bildirib.
