11 mart 2013 10:40
Roman Zayev: Nəticəyə təsir göstərmiş yeganə amil - Azərbaycan komandası ilə yaş fərqidir
19 yaşa qədər qızlardan ibarət futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Roman Zayev beynəlxalq “Kuban baharı” turnirinin qrup mərhələsinin son oyununda Azərbaycan yığması üzərində 2:0 hesabı ilə qələbəyə şərh verib:
“Rəqib yaxşı təsir bağışladı. Azərbaycan komandası bizim komandadan cavandır. Kollektivdə məşqçi əli hiss olunur. Nəticəyə təsir göstərmiş yeganə amil - yaş fərqidir”, deyə Roman Zayev Rusiya Futbol İttifaqının saytına müsahibəsində bildirib.
