11 mart 2013 11:15
PFL fevralın qəhrəmanlarını bu gün mükafatlandıracaq
Bu gün PFL Azərbaycan premyer-liqasının fevral ayı üçün ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifini mükafatlandıracaq. Azerisport.az xəbər verir ki, mükafatlandırmaya həsr ediləcək tədbir AFFA-da baş tutacaq.
Bundan başqa ölkə çempionatları tarixində 10000-ci qolun müəllifinə də xüsusi mükafat təqdim olunacaq.
