11 mart 2013 11:52
“Con Toşak Azərbaycanda futbolçuların toplanışlara 18 gün öncə dəvət edilməsini bilməlidi”
Baş məşqçi Böyükağa Hacıyev ölkə çempionatında növbəti fasilə ilə əlaqədar milli komandaya toplanışlar zamanı heç bir plan qurmaq fikrində deyil. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“7-8 oyunçumun yığmaya çağırılığı halda mən nə edə bilərəm? Belə çıxır ki, bu fasilə zamanı mən ayırca proqram tərtib etməliyəm. Yeri gəlmişkən, Toşak bilməlidir ki, ancaq Azərbaycanda futbolçular toplanışlara oyuna qədər 3 gün deyil, 18 gün öncə dəvət edilir. Bütün bunlara əlavə olaraq, heyətində bizim futbolçularımız da olan gənclərdən ibarət komanda toplanışlara Avstriyaya gedir. Düzü, çempionatın qızğın vaxtında bu Avstriya toplanışlarının məqsədi mənə aydın deyil. Bu səbəbdən bütün heyətə dörd günlük istirahət verəcəyik. Sonra Qəbələyə yollanmaq fikrindəyik. Burada iki-üç oyun keçirmək istəyirik. Ancaq Rəqiblərimiz ilk “altılıq”dan olmayacaq. Onlarla çempionat oyunları ərəfəsində oynamaq olmaz”.
