11 mart 2013 12:34

Xəzər Lənkərandan yeddinci, Ramazanovlardan 2-ci het-trik

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyunu “Xəzər Lənkəran”ın gənc futbolçusu Ağabala Ramazanov üçün əlamətdar oldu. Azerisport.az xəbər verir ki, o, ağ-yaşıl formada ilk dəfə het-trikə imza atdı. 4:1 hesablı qələbəyə 3 qolla töhfə verən hücumçu klub tarixində 7-ci het-trikin müəllifi oldu.
 
Belə ki, “Xəzər Lənkəran”ın 9 illik tarixində Ağabalaya qədər 6 matçda 1 oyunçu 3 qol vurmuşdu. Yalnız Samir Əliyev 2 dəfə het-trik edib. Ramazanov bunu bacaran 6-cı futbolçu oldu. Klub tarixində ilk belə hadisənin müəllifi də Əliyev olub. O, 2004/05 mövsümündə bunu gerçəkləşdirib.
 
Klubun sonuncu het-triki isə təxminən 3 il yarım, dəqiqi 1219 gün əvvəl olub. Həmin vaxt Mario Souza “Muğan”la kubok oyununda 3 qol vurmuşdu.
 
Ümumiyyətlə “Xəzər Lənkəran”ın 7 het-trikindən 4-ü kubok, 3-ü çempionatda qeydə alınıb. Cənublu futbolçular 5 dəfə evdə, 2 dəfə səfərdə het-trikə imza atıblar.
 
Rəqib meydanlarındakı son het-trikin də müəllifi Ramazanov olub. Bu, Ağabalanın qardaşı Zaurdur. O, təxminən 6 il, daha dəqiqi 2126 gün əvvəl “Turan”la qarşılaşmada 3 qol vurmuşdu.
 
1. Samir Əliyev, 2004/05, çempionat
6-cı tur. 03.11.2004. “Gənclərbirliyi” – 6:0 (evdə)
2. Oqtay Dərəlioğlu, 2004/05, çempionat
30-cu tur. 03.05.2005. “Ədliyyə” – 6:1 (evdə)
3. Samir Əliyev, 2005/06, kubok
1/16 final, ilk oyun. 24.09.2005. “Şərur” – 5:0 (səfərdə)”
4. Zaur Ramazanov, 2006/07, çempionat
19-cu tur. 12.05.2007. “Turan” – 5:0 (səfərdə)
5. Nadir Nəbiyev, 2007/08, çempionat
19-cu tur. 29.03.2008. “Gənclərbirliyi” – 5:0 (evdə)
6. Mario Souza, 2009/10, kubok
1/8 final. 04.11.2009. “Muğan” – 3:1 (evdə)
7. Ağabala Ramazanov, 2012/13, kubok
1/4 final, cavab oyunu. 07.03.2013. “Rəvan” – 4:1 (evdə)
 
Lakin Ağabala klub tarixində yeni rekord da müəyyənləşdirməyi bacarıb. Belə ki, o, klub tarixində ən gənc het-trik müəllifidir. Cəmi 2 ay öncə 20 yaşı tamam olan Ramazanov 20 yaş 46 günlüyündə het-trikə imza atıb. Bunadək rekord ilk het-trikini 25 yaş 203 günlüyündə 1 oyuna 3 qol vuran Samir Əliyevə məxsus idi.
 
1. Ağabala Ramazanov – 20 yaş 46 gün
2. Samir Əliyev – 25 yaş 203 gün
3. Samir Əliyev – 26 yaş 163 gün
4. Nadir Nəbiyev – 27 yaş 254 gün
5. Oqtay Dərəlioğlu – 29 yaş 138 gün
6. Zaur Ramazanov – 30 yaş 289 gün
7. Mario Souza – 31 yaş 309 gün

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.