11 mart 2013 12:46

Xəzər Lənkəran 123 gün sonra

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” mövsümdə 3-cü dəfə böyük hesablı qələbə qazandı. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının II turunda “Kəpəz”i, XII turunda indiki kimi “Rəvan”ı məğlub edən “ağ-yaşıllar” bu dəfə də 4 qol vurdu.
 
Lakin həmin 2 matç 4:0 hesabı ilə başa çatmışdı. Bu dəfə isə XL 4:1 hesabına sevindi. Ümumiyyətlə son 4 böyükhesablı qələbə 4 qolla gerçəkləşib. Ötən mövsümün son matçında “Qarabağ” da 4:1 hesabı ilə məğlub edilmişdi.
 
Ümumilikdə sonuncu dəfə 123 gün əvvəl – ötən il noyabrın 4-də böyük hesabla qalib gələn “Xəzər Lənkəran” kubokda 2011-ci il noyabrın 30-da belə qələbə qazanmışdı. Həmin vaxt cənublu futbolçular “Qaradağ Lökbatan”ı 3 cavabsız qolla yenmişdi.
 
Bu dəfəki qələbə cənubluların tarixində 51-ci belə uğurdu. Bunların 12-si Azərbaycan kubokunda qeydə alınıb. 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb: 2005/06 – 2, 2006/07 – 3, 2007/08 – 3, 2008/09 – 2, 2011/12 – 1, 2012/13 – 1.
 
“Xəzər Lənkəran” 9 il ərzində ölkə çempionatında 38 böyük hesablı qələbə qazanıb. Premyer Liqada çıxış etdiyi 9 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub: 2004/05 – 8, 2005/06 – 1, 2006/07 – 6, 2007/08 – 5, 2008/09 – 5, 2009/10 – 4, 2010/11 – 2, 2011/12 – 5, 2012/13 – 2. Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda - Litva çempionu “Kaunas”la matçda qeydə alınıb – 3:0.
 
İndiyədək 27 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran”, “Rəvan” üzərində 2-ci dəfə belə qalibiyyət əldə etdi: “Gənclərbirliyi” – 6, “Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” – hərəsi 3, AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” , “Kəpəz” , “Rəvan” – hərəsi 2, ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva) – hərəsi 1.
 
“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran Emin Quliyev komandanın “sükanı arxasında” 2-ci darmadağına sevindi. “Rəvan” üzərində 123 gün əvvəlki qələbənin də memarı məhz o idi. İndiyədək 9 çalışdırıcı böyük hesablı qələbə zamanı komandaya rəhbərlik edib: Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1), Rasim Kara – 12 (10+2), Mirça Rednik – 4 (3+1), İqor Ponomaryov, Cüneyt Biçer – hər ikisi 3 (3+0), Yunis Hüseynov – 2 (2-0), Emin Quliyev – 2 (1+1), Nazim Süleymanov – 2 (0+2), Viktor Pasulko – 1 (1+0).
 
Qeyd edək ki, 51 böyük hesablı qələbəsi olan komanda 2 dəfə 9, 2 dəfə 6, 9 dəfə 5, 10 dəfə 4, 28 dəfə 3 top fərqi ilə qalib gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.