11 mart 2013 12:53
Qarabağ artıq Zaqataladadı
“Qarabağ” artıq Zaqataladadı. Azerisport.az xəbər verir ki, Premyer Liqanın final mərhələsində “Simurq”un qonağı olacaq komanda artıq şimal rayonundadı.
Turnir cədvəlində qonşu olan komandaların duelinə komandamız dünən yollanıb. Komandada sadəcə Branimir Subaşiçin meydana çıxmayacağı dəqiqdi. “Qəbələ” ilə görüşdən öncə əzələsini dartan Maksim Medvedev isə komandayla birgə Zaqatalaya yollanıb. Cəza səbəbindən `İnter`lə görüşü buraxan Ansi Aqolli də meydana çıxacaq durumdadı. “Qarabağ” bu gün oyunun keçiriləcəyi saatda sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, “Simurq” – “Qarabağ” oyunu martın 12-də saat 17:00-da keçiriləcək.
