11 mart 2013 13:05
Kəpəz AZAL-la oyuna hazırlaşır
İkinci altılıqdakı ilk oyununda AZAL-la qarşılaşacaq “Kəpəz” məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, gəncəlilər gündə bir dəfə olmaqla “Dalğa Arena”da hazırlıq prosesi keçir.
Baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi altında keçirilən məşqlər saat 16:00-da başlayır. Futbolçular iki saat yaxın müddətdə verilən tapşırıqları yerinə yetirib, çatışmayan cəhətlər üzərində işləyirlər.
