12 mart 2013 00:37

“Hər bir futbolçunun taleyi növbəti oyunlardakı çıxışından asılı olacaq”

AZAL-ın klubdaxili iclası keçirilib. Azerisport.az xəbər verir ki, komandanı üzvləri – məşqçilər, futbolçular və texniki heyətinin iştirakı ilə keçirilən iclasın məqsədi milli çempionatın təsnifat mərhələsində komandanın çıxışına, məşqçi və futbolçu heyətinin fəaliyyətinə qiymət verilməsi və ikinci altılığın oyunları ərəfəsində klubun problemlərinin müzakirəsi olub.
 
AZAL-ın vitse-prezidenti Fikrət  Hüseynov mövsümün əvvəlində komandanın qarşısına ciddi hədəflərin qoyulduğunu bildirərək bu vəzifələrin yerinə yetirilmədiyini əsalandırıb: “Artıq çempionatın ilk hissəsi başa çatıb. Bu səbəbdən  öz işimizə qiymət vermək imkanımız var. Mövsümün əvvəlində qarşımıza öncə ilk 6-lığa düşmək, daha sonra mükafatlar uğrunda mübarizə aparmaq məqsədi qoyulmuşdu. Klub rəhbərliyi də bütün planlarını buna uygun hazırlamış, komandanın fəaliyyətinin yaxşı təşkil olunması üçün imkanlar səfərbər olunmuşdu. Təlim-məşq toplanışları, futbolçu transferləri, gündəlik məşqlər, futbolçuların məişət problemlərinin həlli ilə bağlı da heç bir çətinlik olmadı. Komandanın hər bir üzvü rəhbərliyin qayğısını hiss etdi. Mövsümə də uğurlu start verdik, ilk 6 oyundan sonra AZAL turnir cədvəlinə başçılıq edirdi. Amma təəssüf ki, biz bunu nəinki  qoruya bildik, hətta bəzi oyunlarda qazanılan arzuolunmaz nəticələrlə rəhbərliyin və məşqçilərin əziyyəti hədər getdi. Nəticədə bu gün biz özümüzə layiq olmayan yerdəyik və ikinci 6-da mübarizə aparacağıq. Deməli, siz qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədiniz. Burada isə hər bir futbolçunun günahı var və bunlardan nəticə çıxarmalısınız”.
 
Daha sonra komandanın baş məşqçisi Vaqif Sadıqov hesabat xarakterli məruzə ilə çıxış edərək indiyədək görülən işlərə toxunub. Baş məşqçi də rəhbərliyin qayğısını önə çəkərək  komandasına inandığını bildirib: “AZAL-da işləmək, yüksək nəticələr qazanmaq üçün hər cür şərait var. Klub rəhbərliyi baş məşqçi kimi mənim bütün tələblərimi yerinə yetirib. Bizim həm də yaxşı kollektivimiz var və hamımız eyni məqsəd uğrunda birləşmişdik. Mən bir neçə dəfə də demişəm, öz komandamla fəxr edirəm. Bununla belə, bu duruma görə  günahı özümüzdə axtarmalıyıq. Bəzi futbolçuların işə qeyri-peşəkar yanaşması, bəzilərinin səhlənkarlığı ümumi nəticəyə və kollektivin əhval-ruhiyyəsinə təsir etdi. Ona görə də bundan sonra əsas tələb sizin qarşınıza qoyulacaq. Hər bir futbolçunun taleyi qarşıdakı oyunlarda çıxışından asılı olacaq”.   
 
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov daha sonra “6-lıq” oyunları ilə bağlı fikirlərini söyləyib: “Artıq yeni mərhələ başlayır. Biz bütün uğursuzluqları unudub qarşıdakı oyunlarda hər şeyin təsadüf olduğunu sübut etməliyik. Faciəvi heç nə baş verməyib. Rəhbərlik yenə də sizlərə etimad göstərir və bütün problemləri aradan qaldırmağa hazırdır. Mövsümün sonunda biz bir daha işimizə qiymət verib nəticə çıxaracağıq. İstəyirik ki, hər bir futbolçu həm komandanın, həm də öz  nüfuzunu qorusun. Sizin buna gücünüz çatar. Bu oyunlarda komadamıza ancaq qələbə arzulayırıq”.
 
Sonda AZAL-ın bəzi futbolçuları – Cahangir Həsənzadə, Viktor İgbekoyi, Zohair Benouahi  söz alaraq öz fikirlərini  bildiriblər. Komandada 4-cü mövsümü keçirən Viktor İgbekoyi rəhbərlik və azarkeşlərdən üzr istəyib: “Biz bu duruma görə rəhbərlikdən azarkeşlərdən üzr istəyirik. Sizdən xahiş edirik ki, bütün bunlara rəğmən yenə də bizə inanasınız. AZAL-ın yaxşı məşqçiləri, futbolçuları var. Problemlərimizi bilirik və qarşıdakı oyunlarda hər şeyi unutduracağıq.”
 
Kapitan Cahangir Həsənzadə isə komandanını qarşıya qoyulan məqsədləri yerinə yetirmədiyini etiraf edib bu vəziyyətin AZAL-in gücünü göstərmədiyini söyləyib.
 
Mərakeşli Zohair Benouahi isə deyib: “Uğursuzluğun səbəbini məşqlərdə, keçirilən oyunlarda axtarmamalıyıq. Hamı necə  hazırlaşdığımızı,  məşq etdiyimizi bilir. Məşqlərin necə peşəkarcasına keçirildiyini də görürük. İşimiz bəlkə də hamıya nümunədir. Amma nəticə başqadır. Fikrimcə əsas səbəb meydançadan kənar davranışımızdı. Görünür özümüzə qarşı təlbkar deyilik. Bu nöqsanı aradan qaldırmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.