11 mart 2013 13:31
Ramin Musayev: Bu, mənim günahım deyil
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”nin forvardı Nikolas Kanalesin Topaz Premyer Liqasında fevral ayının ən yaxşısı seçilməsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətiri
“Kanales yaxşı futbolçudu. O, bizim çempionat üçün az əziyyət çəkmir. Ona uğurlar arzulayıram. Kanales Çili yığmasında da oynamağa layiqdi”.
Musayev həmçinin bombardirlər yarışında heç bir futbolçumuzun yer almamasına da münasibət bildirib:
“Mən çox şadam ki, çempionatımızda vurulan 10 mininci qolun müəllifi Elvin Məmmədov oldu. Asif Məmmədova görə də sevindim. Onun da “Xəzər Lənkəran”a vurduğu qol Premyer Liqada fevral ayının ən yaxşısı seçildi. Hərdən məndən də soruşurlar ki, niyə bombardirlər yarışında azərbaycanlı oyunçular yoxdu. Amma bilmirlər ki, bu, mənim günahım deyil”.
