11 mart 2013 14:03
“Neftçi ilə qürur duyuram”
Türkiyənin “Fenerbahçe” klubunun əfsanəvi futbolçusu Selcuk Yula “İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun “Xəzər Lənkəran”a vurduğu və fevral ayının ən yaxşısı seçilən qolundan, eləcə də ayın futbolçusu seçilən “Neftçi”nin forvardı Nikolas Kanalesdən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən Asif Məmmədovun qolunu görmüşəm. Çox gözəl qol alınıb. Nikolas Kanales haqqında da mənə danışıblar. Azərbaycan yığmasının da oyununu görmüşəm. İnkişaf var. Səfərdə Portuqaliya ilə çox yaxşı mübarizə apardılar. Həmçinin “Neftçi” ilə də qürur duyuram. Gələcəkdə bu komanda avrokubokların pley-off mərhələsində də çıxış edə bilər”.