11 mart 2013 14:15
Nikolas Kanales: Yəqin ki, baş məşqçi son iki oyunda qol vurmamağımdan narazıdı
“Neftçi”nin hücumçusu Nikolas Kanales baş məşqçi Böyükağa Hacıyevin son oyunlarda ondan narazı qalmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, çilili hücumçu bunları dilə gətirib:
“Mən demək olar ki, bütün oyunlarda qol vurmuşam. Yəqin ki, baş məşqçimiz son iki oyunda qol vurmamağımdan narazıdı. Mənim üçün daha vacib olan komandamın qələbə qazanmağa davam etməsidi. Özümün qol vurub-vurmamağım o qədər də önəm daşımır”.